• Bazar Ertəsi - Şənbə 09:00 - 19:00
  • Bakı Şəhəri, Azərbaycan
  • +994 50 225 8524

Yeni avtomobil axtarırsan?

Bu gün veb saytımızı ziyarət etməyə vaxt ayırdığınız üçün təşəkkür edirik. Məqsədimiz yeni və istifadə olunan inventarlarımıza interaktiv bir tur vermək, həmçinin rahat bir təklif almaq, xidmət təyin etmə vaxtı təyin etmək və ya maliyyələşdirmə üçün müraciət etməkdir. Lüks bir avtomobil axtarışı yüksək gözləntilərlə doludur.

Avtomobil alarkən birinci növbədə onun qəza keçirib-keçirmədiyini araşdırmaq lazımdır. Təbii ki bu məlumatı satıcıdan müfəssəl öyrənmək şansınız yoxdur. Bunun üçün öncə maşının boyasını araşdırın. Belə ki qəza keçirməmiş maşında kopotun iç və çöl səthindəki rənglər eyni olur. Digər bir tərəfdən, şassi və mühərrik nömrələrinin texniki posportda göstərilən rəqəmlərlə eyni olmasına dəqiq fikir verin. Bu nömrələr ora sonradan həkk edilə bilər. Əgər nömrələrlə oynama varsa, bu avtomobili almamağınız yüz faiz xeyrinizədir.

Avtomobildə tez-tez sıradan çıxan ən vacib ehtiyat hissəsi olan mühərrik qayışının ən son nə vaxt dəyişdirildiyini mütləq öyrənin. Əks halda, qayışın gözləmədiyiniz zamanda qırılması sizə baha başa gələr.

Maşının üzərində zərbə izlərinin olub-olmamasına mütləq baxın. Təkərlərin aşınması da diqqətinizdən yayınmasın. Ehtiyat təkərləri də gözdən keçirin.

Qapıların standart və rahat açılıb-örtülməsinə və bu zaman sürtünmənin olub olmamasına diqqət edin.

Şüşə və faralar üzərindəki cızıq və çatlara fikir verin.

Avtomobilin şassisini kontrol edin. Əgər təmir edilibsə, bu avtomobildən uzaq durun. Çünki belə avtomobillərin problemli olmaq ehtimalı yüksəkdir. Xüsusilə, bu qəbildən olan maşınlar qəza zamanı normal maşınlara nisbətən daha zəif müqavimət göstərir.

Avtomobilin faralarını, siqnallarını, tormoz işıqlarını, ümumiyyətlə elektrik sistemini nəzərdən keçirin.

Su radiatorunun içərisindəki mayeyə diqqət edin. Əgər bu azdırsa, radiatorda dəlik və ya çat ola bilər.

Avtomobilin altına baxın, mühərrikin aşağısında hər hansı bir axıntının olub-olmadığını yoxlayın.

İsitmə və havalandırma sistemlərini yerindəcə işlədərək yoxlayın. Radionu da həmçinin.

İç oturacaqlarla məsafə cihazındakı rəqəmlərə kompleks yanaşın. Əgər oturacaqların kifayət qədər köhnəlməsinə baxmayaraq, maşının qət etdiyi yürüş məsafəsi olduqca az görünürsə, burada bir anormallıq var. Bu onu göstərir ki məsafə cihazına müdaxilə edilərək rəqəmlər dəyişdirilib. Yürüş məsafəsini müəyyənləşdirməkdə, sükandakı aşınmalar oturacaqlardan heç də geri qalmır. Bütün bunlara baxmayaraq, bu məsələdə ən önəmli göstərici motor testidir. Hazırda xidmət mərkəzlərində kompyuter vasitəsilə pistonlardakı aşınmanı araşdırıb avtomobilin yürüş məsafəsi haqqında dəqiq məlumat almaq olar.

Müasir komputer imkanları ilə müayinə oluna bilməyən avtomobilləri almayın. Çünki bu cür avtomobillər xarab olduğu zaman daha çox xərc və zaman tələb olunur.

Avtomobili alarkən mütləq onu sürərək yoxlayın. Bu zaman onun problemləri varsa, daha tez müəyyənləşdirmək olar. Yaxşı, bəs bu zaman nələrə diqqət edilməlidir. Bunu da bir neçə maddədə cəmləyək:

Mühərrikin səsinə fikir verin. Mühərrik maksimum səssiz olmalıdır. Bu səssizlik mühərrik qızdıqdan sonra da davam etməlidir.

Kələ-kötür yerdə də sürərək əlavə səs və qoxu olub-olmadığına da diqqət edin

Müxtəlif sürət səviyyələrində tormoz edərək təkrar sürət yığın. Bu zaman maşında olan titrəmələri, sağa-sola oynamaları görmək olar.

Müxtəlif sürətlərdə dönmə hərəkətləri edin

Düz hərəkət zamanı ön və arxa təkərlər eyni xətt üzrə hərəkət etməlidir. Əgər arxa təkərlərin izi qabaq təkərlərin izi ilə üst-üstə düşmürsə deməli, avtomobilin şassisində və ya oxlar arasındakı məsafədə simmetriya pozulub.

Yolda təhlükəsiz qalmaq üçün avtomobilinizi texniki xidmətdən keçirin

Texniki baxışdan necə keçməli?

Əgər avtomobil yeni avtomobildirsə, 4 ilin tamamında 5-ci ilində texniki baxışdan keçir. İstehsal ilinin 4 ili tamam olmuş avtomobillər isə 2 ildən bir texniki baxışdan keçməlidirlər. Və nəhayət istehsal ilindən 10 il keçmiş avtomobillər hər il texniki baxışdan keçməlidirlər.

Texniki baxışdan harada keçirlər:

Əgər siz Bakı şəhərində yaşayırsınızsa, o zaman Zabrat-Maştağa yolunda yerləşən texniki baxış məntəqəsinə yollanmalısınız.

İş vaxtı: Hər gün  09:00 -dan 18:00-a qədər. Fasilə 13:00-dən 14:00-a qədər. 

Əgər siz Bakı qeydiyatındasınızsa, amma halhazırda bölgələrdəsinizsə o zaman olduğunuz bölgədə texniki baxışı  keçə bilərsiniz. Əgər bölgələrdə qeydiyatdasınızsa və özünüz Bakıda olarsanız Bakıda texniki baxışdan keçə bilərsiniz. Həmçinin yemək fasiləsi zamanı boksu bağlayıb yeməyə gedə bilməzlər. Texniki baxış fasiləsiz həyata keçirilməlidir.

Texniki baxış üçün texniki tələblər hansılardır:

Qanuna əsasən avtomobil YHQ-un 1 saylı əlavəsində nəzərdə tutulmuş texniki tələblərə cavab verməlidir.

1. Dəm qazı (Avro 2)

2. Şinlərin protektoru (1.6 mm)

3. Avtomomobilin konstruksiyasında nəzərdə tutulubsa,brızqoviklər

4. Çatsız şüşələr (alın şüşə,yan şüşə və AZS 122-2004 standartına uyğunluq)

5  İşıqların saz vəziyyətdə olması . (İşıqları öncədən servisdə yoxlatdırıb rəsmi kağız alın. Birdən sizə texniki baxış zamanı “işıqlarınız nasazdır” desələr həmin kağız lazım olacaq)

6. Təhlükəsizlik kəməri

7. İşlək əyləc sistemi

8. Yağ və ya yanacaq sızması olmasın.

Mühərrikin təmiz və ya natəmiz olmasının texnikin baxışa heç bir aidiyyatı yoxdur. Mühərrik nömrəsinin görünməsi əsas məsələlərdən biridir. O görünürsə natəmiz mühərrik sadəcə estetikadır.

Avtomobildə yanğınsöndürən, qəza-durma nişanı və tibb çantasının olması mütləqdir. Tibb çantasının tərkibi yoxlanılır.

Qanuna əsasən texniki baxış üçün dövlət rüsumu 30 manatdır. Yol vergisi ləğv edilib. Keçən il keçmədiyin texniki baxışın rüsumunu sizdən istəyə bilməzlər. Çünki həmin il xidmət göstərilməyib.

Texniki baxış üçün avtomobillərin markalarına görə müəyyən vaxtlar təyin olunub. Nəqliyyаt vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəхslər 50, vəzifəli şəхslər 100, hüquqi şəхslər 300 mаnаt miqdаrındа cərimə edilirlər.

ADDIM-ADDIM TEXNİKİ BAXIŞ

  1. Texniki baxış məntəqəsinə gəldikdən sonra 15 boksdan birində dayanın. Bokslardan biri yük avtomobilləri üçündür. Orada durmaq lazım deyil.

  2. Avtomobilinizdə videoregistrator varsa,onu söndürməyi istəyəcəklər. Səbəb olaraq  xüsusi əhəmiyyətli obyekt olduğunu deyə bilərlər. Cavab olaraq: xüsusi əhəmiyyətli obyekt olsa idi, mülki şəxslər buraxılmazdı. Lakin yenə gözlərinin qarşısında söndürün, daha sonra yenə yandırarsınız.

  3. İlk olaraq texniki passport və avtomobilin məlumatları yoxlanılır. İcbari sığorta,rəng şassı,ban nömrəsi, tibb çantası,yanğınsöndürən,qəza-durma nişanı və onların sazlığı yoxlanılır. Avtomobilin banındakı cızıq, üzlük, astar və s-nin olması nasazlıq sayılmır.

  4. Dəm qazının yoxlanılması. Ölçmə işi aparmazdan öncə mühərriki işə salın. Mühərrik sönüklü vəziyyətdə cihazı səsboğucusuna daxil edərlərsə və siz mühərriki işə salarsınızsa, nətiələr pis ola bilər, Mühərrik işlək vəziyyətdə olmalıdır. Qaz vermək tələb olunsa, etiraz edin. Yoxlanış sabit vəziyyətdə aparılmalıdır. texniki baxış müddəti zamanı mühərriki söndürməyin. 2010-2012 1 iyul tarixinə qədər olan avtomobillər AVRO 2, 1 iyul 2012-dən sonra gələn avtomobillər isə AVRO 3 standartına uyğun olaraq yoxlanılır. Həmçinin dəm qazının yoxlanılması Rusiya Federasiyasında qəbul edilmiş və bizdə də keçərli olan GOST-a uyğun aparılmalıdır. Həmin GOST-la buradan tanış ola bilərsiniz : http://pddrussia.ru/items/doc.php?p=38

  5. İşıqların yoxlanılması. Sizin avtomobilin işığı yoxlanılan zaman, yoxlama cihazı çirklidirsə, onu təmizlətdirin. Digər yoxlanışa keçənə qədər nəticəni öyrənin. Çünki avtomobilinidə işıq nizamlayıcısı varsa, ola bilər onun vəziyyəti səhv rejimdədir. Onu düzəldib yenidən yoxlatdırın. Cihaz dəqiq nizamda olmalıdır. Gücgü üzrə kalibrəetmə hər işıq üçün ayrıca olmalıdır. Ortaya qoyub bir dəfəyə etmək düzgün deyil. Nizamlayıcının hərəkətlərinə diqqət edin. Bir faranı edib, digərini yoxlamasalar cihaz bunu nnasazlıq kimi qeyd edəcək. Cihazın proqram təminatı sonradan müdəxilə imkanı verir. Ona görə hər şey Ok olsa belə, ekranın şəklini çəkin. Siz uzaqlaşandan sonra birdən ola bilər nəticəni dəyişərlər. Çünki insan çiy süd əmib. Cihazın arxasında xüsusi halqa vasitəsi ilə hər avtomobilə uyğun ayarlamalar var. Ona görə bu ayarlara diqqət edin. Avtobusun işıqlarını sizin avtomobildə yoxlamasınlar. Cihazdan istifadə qaydalarını verdiyimiz linkdən gotürüb onunla tanış olun. Əgər sapmalar olarsa, təlimat kitabçasında olanları qeyd edin. İşıq nizamlama cihazının təlimatı: https://www.azpdd.info/docs/mld9.pdf   İNCLİNATİON SET bölməsinə diqqət edin. Onlar işığın müəyyən edilmiş düşmə bucağını tapmalıdırlar. Əgər bu yoxdursa yerli normativlərə əsaslanmalıdırlar. Milli normativimiz olmadığına görə Rusiya Federasiyasında qəbul edilmiş GOST-dan istifadə edilir : http://docs.cntd.ru/document/gost-r-51709-2001​  Həmçinin cihazda işıqların yerdən hündürlüyü məsafəsini də qeyd etmək lazımdır. Bu dediklərimiz olmasa, o zaman cihaz işıqların nasaz olması haqqında məlumat verəcək.

  6.  Amartizasiya və əyləclər. Qanunvericiliyə əsasən amartizasiyaların nasazlığı istismarı qadağan etmir və texniki baxışda bu tələb edilə bilməz. Daha çox sürücülər məhz əyləc yoxlanılmasından “2” alırlar. Avtomobilin əyləc sistemi YHQ 1 saylı əlavəsinə uyğun olmalıdır. Saatda 40 km sürətdə minik avtomobilinin əyləc yolu 12.2 m olmalıdır. Əl əyləci 23 dərəcə bucaq altında avtomobilin hərkətsizliyini təmin etməlidir. Texniki baxışdan uğurla keçmək üçün düz istiqamətdə stendə doğru hərəkət etmək lazımdır. Sükanı fırlatmayın və hər zaman düz saxlayın. Sizdən əl əyləcini dartmağı xahiş etdikdə birdən dartmayın. Ehmalca edin, Birdən dartdığınız təqdirdə avtomobilin arxası sürüşəcək və siz texniki baxışdan keçməyəcəksiniz. Ümumiyyətlə bu yoxlanış zamanı təkərlərin balansı düzgün omalıdır. Təkərdəki hava təzyiqini düzgün nizamlayın.

Məlumatları http://avtostop.tv, www.azpdd.com saytından, www.e-qanun.az saytında yerləşdirilən material və qanunlardan götürülüb.

Məqalədən istifadə zamanı mənbə göstərmək mütləqdir.

Avtomobilini satmaq istəyirsən?

“Sürətli satışların” baza düsturu əsrlər boyu dəyişməz qalır və yəqin ki, hamıya yaxşı tanışdır: “qiymət + reklam”. Əlbəttə, bu düstur universaldır və istənilən mala və ya xidmətə şamil oluna bilər. Lakin əgər siz istifadə olunmuş və xeyli məsafə qət etmiş avtomobili satmaq istəyirsinizsə, aşağıda diqqətinizə çatdıracağımız bəzi təfsilatları nəzərə almalısınız.

Sizin satmaq istədiyiniz avtomobilin qiyməti, təbii ki, satışın nə dərəcədə tezliklə baş tutacağını müəyyən edən həlledici amillərdən biridir, belə ki, münasib qiymət potensial alıcını özünə cəlb edir. Amma burada mühüm amil ondan ibarətdir ki, qiymət həddən artıq aşağı olmamalıdır.

Buraxılış ilindən asılı olaraq istifadə olunmuş və xeyli məsafə qət etmiş kütləvi avtomobil modelləri üçün ən cəlbedici qiymət analoji avtomobillər üçün satıcıların tələb etdiyi qiymətdən təxminən dörddə bir dəfə (20%-dən 30%-dək) aşağı olan qiymətdir.

Bundan aşağı qiymət qoymaq məsləhət deyil, təcrübə göstərir ki, bu, avtomobilin satışını heç də tezləşdirmir. Belə halda potensial alıcıda, haqlı olaraq, avtomobilin problemləri barədə şübhələr yaranır. O düşünür ki, avtomobil ciddi qəzaya məruz qalıb, hissə və detalları olduqca köhnəlib və onda sizin gizli saxladığınız ciddi nasazlıqlar var.

Bu halda avtomobil satışı barədə sizin bu elanınızla bağlı ya heç kim sizə zəng vurmayacaq, ya da zəng edənlər sizi sorğu-suala tutaraq hədər yerə vaxtınızı alacaqlar. Buna görə də açıq-aydın aşağı qiymət satışı nəinki tezləşdirməyəcək, əksinə daha da yubandıracaq.

Əgər sizə təcili pul lazımdırsa və avtomobilinizi bazar qiyməti ilə müqayisədə yarı qiymətinə və daha ucuz satmağa hazırsınızsa, onda elana vaxt sərf etməyə dəyməz. Bu halda avtomobilinizi avtomobil alışı ilə məşğul olan “alverçilərə” satmaq daha yaxşı olar.

Amma yadda saxlayın ki, avtomobilinizi ucuz qiymətə alan “alverçilər” sizə hansı məbləği təklif edirlərsə-etsinlər, onların təklif etdiyi məbləğ sizin tələskənliyə yol vermədən avtomobili özünüz satdığınız zaman ala biləcəyiniz məbləğin təxminən 30-35%-i qədərdir.

Əgər sizin təklifiniz barədə çoxlarının xəbəri olmasa, onda hətta ən maraqlı və əlverişli qiymət təklifi belə sizə kömək etməyəcək. Buna görə də yaxşı olar ki, asudə vaxtlarınızda bir az vaxt sərfə edərək elanınızı mümkün qədər çoxlu qəzet, jurnal və internet saytlarına yerləşdirin. Onda avtomobilinizlə maraqlanan potensial alıcıların zəngini gözləməyə çoxlu vaxt itirməzsiniz.

Məlumatlar http://avtomobil.az/ saytından götürülmüşdür

Nəqliyyat vasitəsini seçərkən ağıllı bir qərar verməlisiniz

Diqqət tələb olununa hissələri 6 bölümdə qruplaşdırmaq olar:

Gövdə (kuzov) zərbəsi testi. Burada avtomobilin ciddi zərbəsi olub olmamağına diqqət edin. Maşın rənglənə bilər, buna müxtəlif cızıqlar və kiçik zədələnmələr səbəb ola bilər, belə rənglənmə normaldır. Hətta tək-tək detallar da dəyişə bilər – bu da ciddi bir narahatlıq əmələ gətirmir. Əsas məsələ avtomobil zərbədən öz oxundan çıxmasın və əsas gövdə (kuzov) zədələnməsin.

Güc aqreqatı testi. Burada əsas məsələ mühərrik və sürət qutusudur. Bunları bilən bir adama yoxlatdırın. Əgər sizə heç kəs kömək etmirsə, sadəcə, mühərrikə qulaq asın, sakit və sabit işləməlidi. Bu, sanki, musiqiyə bənzəyir, yeni gələndə qaz verib yenə də qulaq asın. Sürət qutusunu sürərək yoxlaya bilərsiniz. Ötürmələr rahat olmalıdı, heç bir səs olmamalıdı (amma ötürməni hiss edə bilərsiniz bu problem deyil).

Elektronika testi. Bu yoxlamanı etmək üçün sizə mütləq skayner lazım olacaq. Siz tanıdığınız bir ustaya müraciət edə bilərsiniz. Bu, çox önəmli bir yoxlamadır. Müasir avtomobillər, demək olar ki, tam bir elektronik sistemlə idarə olunur. Bütün bu sistemlər vəhdətdə işləyir. Əgər sistemdə ciddi bir problem varsa, gələcəkdə sizə ciddi xərclər gətirə bilər. Ona görə bu yoxlama vacibdi.

Düzgün seçim. Bu seçim adətən bir çox insanı çaşdırır. Hamı rahat və ucuz olan maşın istəyir – belə bir şey, demək olar ki, yoxdur. Avtomobil qiymətlərində bir hədd var, bu qiymət ətrafında siz gərək sizin üçün vacib olan özəllikləri götürəsiniz. Yalnız belə halda siz ən uğurlu seçimi edə bilərsiniz. Məsələn, avtomobildə sizin üçün vacib olan 5 şeyi bir vərəqə yazın ondan sonra buna uyğun maşını seçin. Ya da bu işi daha yaxşı bilən şəxslə məsləhətləşin. Yalnız bu halda seçim duzgün ola bilər. Bir şeyi yaddan çıxartmayın: ideal maşın yoxdu, sadəcə, sizə uyğun seçim var.

Maliyyələşdirmə. Ən ciddi problemlərdən biridir. Bir çox insan işlənmiş maşından qorxur və gedir yenisini alır. Təbii ki yeni avtomobil baha olur. Buna çox alıcının gücü çatmadığına görə kredit alır. Bu isə 3-4 ilə həm maşının qiymətində həm də yüksək məbləğin faizlərində (maşın təzə idi ona görə) ciddi itki deməkdir. Belə olan hallarda sizə 2-3 yaşında maşın almağı məsləhət görürəm. Buna bir misal deyim. Şərti olaraq yeni avtomobili 20,000 AZN olaraq göturək. Siz bunu alsanız, 3 ilə 30-50 min km sürəcəksiniz, həmin vaxtda satış qiyməti 12-13 min AZN-nə enəcək. Yəni siz burada 3 ildə ciddi itki verirsiniz. İndi isə tam tərsini düşünün – 2-3 ilin maşınını alırsınız, yürüşü az, texniki cəhətdən əla vəziyyətdə (yuxarıda qeyd etdiyim 1, 2 və 3 nömrəli testləri etmək şərti ilə) amma 12 min AZN. Bunu kreditə də alsanız, həm artıq ödəməni həm də faizini ödəməyəcəksiniz (yəni ilkin qiymətdən 20,000 manatdan fərqini). Bu tip maşınlar əgər yoxlanılıb alınıbsa, elə yeni maşın qədər yaxşı olur. Narahatçılığa ehtiyac yoxdu.

Servis xərcləri. Təbii ki avtomobili alan onun xərcləri ilə maraqlanır və ehtiyat hissələrinin qiyməti ilə maraqlanır. Bu, səhv bir yanaşma tərzidir. Ehtiyat hissələri adətən bir-birinə yaxın qiymətdə olur. Belə bir halda ən düzgün xərc hesablanması hər km-ə görə olan xərci hesablamaqdır. Əks halda bu alıcını çaşdıra bilər. Məsələn, o soruşur ki, bu maşının bir hissəsi neçəyədir, cavab 250 AZN olanda, o narahat olur. Halbuki, bu maşını almaq istəyən adam bu detalın 100,000 km-dən bir dəyişmə ehtimalı olduğunu bilmir. Bundan əlavə alıcı maşını cəmi ildə 10 min km sürəcək. Belə çıxır ki, bu hissəni o, 10 ildən sonra alacaq. Əgər maşın düzgün baxışdan keçirsə, ən ideal servis xərci km-ə görədir. Deməli, maşın alanda servis xərcindən qabaq onu nə qədər sürəcəyiniz və hal-hazırkı vəziyyətini bilmək lazımdır.

Məlumatlar https://news.milli.az/ saytından götürülmüşdür.

Düşünürük ki, dilerliyinizə dair də yüksək gözləntiləriniz olmalıdır.

Avtomobil satıcıları hər hansı bir avtomobil sənayesinin dayağıdır. Bu karyera müştərilərə müstəsna bir təcrübə vermək üçün çox yaradıcılıq tələb edir. Beləliklə, necə bir satıcı olmağı bilmək istəyirsiniz?

Avtomobil satıcısı kimdir?

Avtomobil satıcısı kimi də tanınan bir avtomobil satıcısı, nəqliyyat vasitələrinin xüsusiyyətlərini potensial müştərilərə izah edən və zövqlərinə və meyarlarına uyğun bir vasitə tapmağa kömək edən bir peşəkardır.

Ayrıca, ən yaxşı avtomobil satıcısı müştərilərin suallarına ən yaxşı cavab verə bilməlidir. Beləliklə, faydaları müştəriyə yaxşı satmaq üçün mövcud avtomobil məhsullarından hər hansı birinin yollarını və kənarlarını bilməlidirlər.

Avtomobil satıcısı nə edir?

Avtomobil satıcısı avtomobil satıcıları üçün etdikləri fərqli rollara sahib ola bilər. Beləliklə, onlar aşağıdakı kimi fəaliyyət göstərə bilərlər:

  •  Potensial müştəriləri salamlayacaqlar və suallarına cavab verə biləcəklər. Ayrıca, müştərinin maraqlandığı hansı modelin müxtəlif xüsusiyyətlərini izah edəcək, həm də maliyyələşdirmə variantları və zəmanətlərini izah edəcəklər.
  •  Ayrıca, bir müştəri bir test sürücüsünə aparmaq yaxşı bir avtomobil satıcısı maşınları yaxşı satmaq üçün istifadə etdiyi ən yaxşı vasitələrdən biridir. Test sürücüləri müştərilərə nəqliyyat vasitəsinin fəaliyyətini yoxlamaq imkanı verir. Və, bu avtomobildə rahat olub olmadığını bilmələrinə kömək edir.
  •  Bir avtomobil satıcısı ümumiyyətlə avtomobil qiymətləri və müştəri ilə ticarət dəyərlərini müzakirə etmək üçün məsuliyyət daşıyır. Avtomobil satıcılarının xərclərini əvvəlcədən bilir, buna görə hər hansı uğurlu satışdan nə qədər edə bildiklərini bilirlər.
  •  Bundan sonra, avtomobil satıcısı müştərilərə xidmət şöbəsi vasitəsi ilə edilə bilən hər hansı bir təmir işlərini, habelə xidmətlərini əlaqələndirə bilər. Bu səbəbdən də yaxşı bir satıcı alışdan sonra müştərilərin yeni nəqliyyat vasitələrini nə qədər sevdiklərini görmək üçün izləyəcəkdir.

Bundan əlavə, əvvəllər sahib olmuş və ya icarəyə götürülmüş nəqliyyat vasitələrini satan köhnə bir avtomobil satıcısında satıcı ola bilərsiniz.

Avtomobil satıcısı olmaq nə qədər çəkir?

Avtomobil satıcısı olmağın ən yaxşı üstünlüklərindən biri də karyeraya başlamaq üçün mütləq bakalavr dərəcəsinə sahib olmaq lazım deyil.

Avtomobil satıcısı adətən avtomobil satıcısındakı iş təhsili vasitəsilə vəzifəsi üçün tələb olunan müvafiq bacarıqlara yiyələnir.

Ən yaxşı bir avtomobil satıcısı olmağınızdan əvvəl sizi nə qədər çəkməyiniz, gözləntilərinizdən və istədiyinizdən asılıdır. Ancaq ortalama bir neçə aydan illərə qədər davam edir.

Düzünü desəm, təcrübəsi olmayan yaxşı bir avtomobil satıcısı olmaq mümkündür.

Daha yaxşı avtomobil satıcısı olmaq üçün nə lazımdır?

Daha yaxşı bir avtomobil satıcısı olmalısınızsa, həqiqətən yola çıxmaq üçün bir sıra əsas tələblər var. Bu tələbləri aşağıdakı üç başlıqda nəzərdən keçirəcəyik:

Təhsil

Ümumiyyətlə yaxşı bir dükanda bir avtomobil satıcısı kimi başlamaq üçün tələb etdiyiniz şey əsasən orta məktəb diplom sənədi və ya ona ekvivalentdir. Beləliklə, orta məktəbdə oxuduğunuz zaman maliyyə və maliyyə anlayışını inkişaf etdirmək üçün iqtisadiyyat və biznes təməlləri kurslarında iştirak edə bilərsiniz.

Ayrıca, istifadə olunan bir avtomobil satıcısında satıcı olaraq yarımçıq iş almaq, ünsiyyət bacarıqlarınızı inkişaf etdirməyə kömək edə bilər.

Bir neçə illik iş təcrübəsindən sonra bir rəhbər vəzifəyə keçmək şansınız ola bilər. Satış menecerləri adətən marketinq kimi bir sahədə bakalavr dərəcəsinə malikdirlər.

Təlim

Avtomobil satıcıları ümumiyyətlə iş üzrə təlim alırlar və ən yaxşı avtomobil satıcısı olmaq üçün bir neçə aydan bir neçə ilədək vaxt tələb olunur. Bundan əlavə, avtomobil satışında sertifikat proqramları və fərdi kurslar bəzi texniki və icma kolleclərindən birində avtomobil satıcısı kimi karyera qurmağa kömək edə biləcək.

Ayrıca, Milli Avtomobil Satıcıları Assosiasiyasının (NADA) təqdim etdiyi bir təlim proqramına da daxil ola bilərsiniz. Diler əməliyyatları üçün altı fərqli proqram təklif edən bir akademiya var. Bunlara, həmçinin potensial dilerlər, ağır yük maşınları satıcıları və şöbə müdirləri üçün proqramlar daxildir.

Bacarıq

Yaxşı bir avtomobil satıcısı müştəriyə satmaq niyyətində olan bir avtomobil modelinin xüsusiyyətlərini müəyyənləşdirərkən detallı yönümlü olmalıdır.

Bundan əlavə, böyük bir avtomobil satıcısı olmaq üçün, müştərilərinizlə münasibət qurmaq və satın alma səfərində qarşılaşdıqları problemləri həll etmək üçün ən yaxşı müştəri xidmətləri bacarığına ehtiyacınız olacaq.

Ümumiyyətlə, hər zaman müştərilərinizə mütəmadi bir alış təcrübəsi verdiyinizi təmin etmək üçün aşağıdakı avtomobil satıcıları tövsiyələrinə ehtiyacınız var:

  • Müştəri ilə yaxşı bir münasibət qura bilməlisiniz.
  • Müştərilərə istədiklərini dəqiq bilmək üçün strateji suallar verməyi bacarmalısınız.
  • Müştərilərin danışdıqlarından daha çox qulaq asmağı da öyrənməlisiniz ki, onların ehtiyaclarını düzgün başa düşə biləsiniz.
  • Müştərilərə maşın satarkən itələməyin. Üstəlik, çıxılmaz səs çıxarmayın.
  • Nəhayət, satış etdikdən sonra da müştəriləri izləməyi öyrənməlisiniz.

Azərbaycanın ən yaxşı avtomobil təmir mərkəzləri hansılardır?

Yaxın zamanlarda burada Aərbaycanın ən yaxşı avtomobil təmir mərkəzlərinin adı yerləşdiriləcək.

Ən yaxşı rəsmi avtomobil servis mərkəzləri hansılardır?

Yaxın zamanlarda burada Aərbaycanın ən yaxşı rəsmi avtomobil servis mərkəzlərinin adı yerləşdiriləcək.

%d bloggers like this: